Maltada hava limanı yaxınlığında partlayış baş verib

Maltada hava limanı yaxınlığında partlayış baş verib
00:17 31 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Maltanın cənubunda, beynəlxalq hava limanı yaxınlığında əvvəlcə güclü, ardınca isə bir qədər zəif silsilə partlayışlar baş verib.
"Report" "Daily Star" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində zərər çəkən olmayıb.
İnsidentin Qudnya kəndində yerləşən fişəng istehsalı fabrikində baş verdiyi ehtimal olunur. Hadisə aeroport ərazisindən 100 metr aralıda qeydə alınıb.
Şahidlərin sözlərinə görə, partlayış dalğası o qədər güclü olub ki, hava limanının terminallarından birində hiss olunub.
Nəşr yazır ki, bir neçə reys təxirə salınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/maltada-hava-limani-yaxinliginda-partlayis-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR