Azərbaycanlı namizəd Gürcüstanda parlament seçkilərinin ikinci turunda məğlub olub

Azərbaycanlı namizəd Gürcüstanda parlament seçkilərinin ikinci turunda məğlub olub
00:22 31 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 31 oktyabr. REPORT. AZ/ Oktyabrın 30-da Gürcüstan parlamentinə keçirilən majoritar seçkilərin ikinci turunda seçicilərin 37,5 faizi iştirak edib. Seçkilər baş tutmuş hesab olunub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, Marneulidəki 36 saylı dairədə mübarizə aparan azərbaycanlı namizəd, “Vahid milli hərəkat” partiyasının üzvü Əhməd İmamquliyev hakim “Gürcü arzusu” partiyasından olan rəqibinə məğlub olub.
Səhər saat 8:00-da başlanan səsvermə saat 20:00-da başa çatıb. Səsvermə ilə əlaqədar 2 min 229 seçki məntəqəsi tam bağlanıb və səslərin sayılmasına başlanılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından “Report”a bildiriblər ki, siyahıya alınmış 2 milyon 478 min 42 nəfər seçicinin 929 min 265 nəfəri və yaxud da 37,7 faizi səsvermədə iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR