Kibariyə Ərdoğanın üzündən “çimdik götürdü” (VİDEO)

Kibariyə Ərdoğanın üzündən “çimdik götürdü” (VİDEO)
00:43 31 Oktyabr 2016
138 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 29-da Türkiyədə cümhuriyyətin elan olunmasının 93-cü ili münasibətilə Prezident sarayında mərasim təşkil edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə iştirak edən müğənni Kibariyə prezident Rəcəb Tayyib Ərdoğan üçün "Bana her şey seni hatırlatıyor" mahnısını oxuyub.

İfaçı mahnını bitirdikdən sonra "Allah Allah" deyərək Ərdoğanın üzündən "çimdik götürüb".

Prezident digər müğənni Orhan Gencebaydan Kibariyənin ifasını 10 üzərindən neçə balla dəyərləndirdiyini soruşub. Gencebay da "10 üzərindən 11 verirəm" deyə zarafatla cavab verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR