Moldovada prezident seçkilərində Dodon qalib gəlir

Moldovada prezident seçkilərində Dodon qalib gəlir
01:14 31 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Moldovada prezident seçkilərinin nəticələri açıqlanır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İlkin nəticələrə əsasən, Sosialist partiyasının lideri İqor Dodon öndədir.

 

Hazırda bülletenlərin 52 faizi hesablanıb. İqor Dodon  52,69%  səs toplayıb. Onun əsas rəqibi – Həmrəylik Partiyasının lideri Maya Sandu 33, 75% səs toplaya bilib.

 

İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR