Əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə görüşdü - foto

Əməkdar artist Ərdoğanın qızı və kürəkəni ilə görüşdü - foto
02:26 31 Oktyabr 2016
104 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümü münasibətilə Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə Prezident sarayında tədbir keçirilib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dəvət olunan qonaqlar sırasında əməkdar artist, aktrisa Məlahət Abbasova da olub.

O, Ərdoğanın qızı Esra Albayraq və kürəkəni, enerji və təbii ehtiyatlar naziri Berat Albayraqla tədbirdən çəkilmiş fotosunu İnstaqram hesabında paylaşıb.

“Bu gün Prezident sarayında Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümü münasibətilə cənab prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirə Azərbaycandan sənət adamı olaraq yalnız mən dəvət olunmuşdum. Buna görə də ölkəm və xalqım adına qürur duyuram. Cənab prezident və həyat yoldaşı Əminə xanımla çox gözəl söhbətimiz oldu. Azərbaycana göstərdikləri dostluq və qayğıya görə onlara ayrıca təşəkkür etdim. Daha sonra qızları Esra Albayraq və onun həyat yoldaşı, enerji və təbii ehtiyatlar naziri Berat Albayraqla uzun bir söhbətimiz oldu. Həm prezidentimizə, həm də ailəsinə onları teatrda görmək istədiyimizi, bu ziyarətin bizi xoşbəxt edəcəyini bildirdim. Əminə və Esra xanım gələcəklərini bildirdilər. Mənə göstərdikləri diqqətə görə prezidentə və ailəsinə minnətdaram”, - deyə M. Abbasova fotoya şərh kimi yazıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR