"Fantaziya" salatı - FOTO

"Fantaziya" salatı - FOTO
07:05 31 Oktyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Fantaziya" salatının hazırlanma qaydasını təqdim edir

Bişmiş qatılaşdırılmış südlə sadə piroq - FOTO

Tərkibi: 

2 toyuq döşü
3 yumurta
2 kartof
4 marinə edilmiş xiyar
1 banka marinə edilmiş şampinyon
80 q bərk pendir
mayonez
duz

bəzək: 
qarğıdalı
göyərti
yumurta ağı

Toyuq ətini suda bişirib soyudun. Yumurtaları suda bişirib təmizləyin. Kartofu suda qabıqlı bişirin, təmizləyin. Marinə edilmiş göbələyin suyunu süzün. 
Yastı qabın içinə hündür dairəvi halqa formanı (kənarları hamar olsun deyə) qoyun. Kartofu sürtgəcin iri gözündən keçirin. Duz vurub mayonez çəkin.
Xırda doğranmış toyuq ətini döşəyin, mayonez çəkin. 
Göbələyi döşəyin. 
Xırda doğranmış yumurtaları göbələyin üzərinə döşəyib azca basın, mayonez çəkin. 
Marinə edilmiş xiyarları xırda kubik doğrayıb döşəyin. 
Salatın üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin. Üzərinə qida plyonkası çəkib soyuducuda 1-2 saat saxlayın. 
Salatın kənarındakı halqanı çıxarıb üzərini zövqünüzə görə bəzəyin. Şəkildəki qaydada da bəzəyə bilərsiniz.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/482378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR