Saatın geri çəkilməməsi üçün nə edək? (VİDEO)

Saatın geri çəkilməməsi üçün nə edək? (VİDEO)
08:23 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan bu il martın 17-də Nazirlər Kabinetinin qərarına əsasən qış vaxtına keçiddən imtina etdi.

Ancaq buna baxmayaraq bu gün bir sıra mobil telefonlarda saatlar avtomatik olaraq 1 saat geri çəkilib. Bəs buna səbəb nədir? Və problemin təkrarlanmaması üçün nə edilməlidir.

Qış vaxtına keçid bu il Nazirlər Kabinetinin qərarı ilə ləğv olunsa da bir sıra telefonlarda saatların avtomatik geri çəkilməsi baş verib. Halbuki aidiyyatı qurumlar bunun baş verməməsi üçün lazımı addımların atıldığını açıqlamışdılar.

Bəs maraqlıdır görəsən mobil telefonlarda avtomatik qaydada saatın dəyişməsi niyə baş verib?

Nə qədər addımlar atılsa da gələcəkdə yenə belə problemlərin yaşana biləcəyini bildirən ekspert Rövşən Əkbərov kiçik bir dəyişikliklə problemdən yaxa qurtarmağın mümkün olacağına diqqət çəkir.

Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi qurğularda yaranan vaxt problemi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, bəzi mobil qurğularda avtomatik qaydada saatların bir saat geriyə çəkilməsinə səbəb həmin cihazlarda proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonun tənzimləmə parametrlərində vaxtın şəbəkədən avtomatik təyin edilməsi imkanlarının seçilməməsi olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR