Premyer Liqada azərbaycanlıların derbisi: Biri oynadı, biri izlədi, qalib müəyyənləşmədi

Premyer Liqada azərbaycanlıların derbisi: Biri oynadı, biri izlədi, qalib müəyyənləşmədi
09:22 31 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında XIII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" evdə "Dnepr"lə üz-üzə gəlib.

Paşayevin start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.
 
"Dnepr"də çıxış edən gənclərdən ibarət Azərbaycan millisinin üzvü Dmitri Nağıyev isə oyunu ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, hazırda hesabında 11 xal olan "Stal" 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR