PAOK qələbə ilə başladı, "Qəbələ"nin rəqibi autsayderlə bacarmadı

PAOK qələbə ilə başladı, "Qəbələ"nin rəqibi autsayderlə bacarmadı
09:52 31 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstan Super Liqasında IX turun oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olan PAOK evdə AEK-lə üz-üzə gəlib.

Saloniki təmsilçisi oyunu minimal hesablı qələbəylə başa vurub. "Ağ-qaralar"ın yeganə qoluna əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Leo Matos imza atıb.
 
Yunanıstan Futbol Federasiyası və klublar arasında fikir ayrılığına görə, çempionatın ilk 2 turu təxirə salındığı üçün 7 oyun keçirən və hesabında 11 xal olan PAOK 3-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, bu, PAOK-un "Qarabağ"la oyunöncəsi son matçıdır. Təmsilçimizlə görüş isə noyabrın 3-də, Salonikidə Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq.

Belçika çempionatında XIII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən biri olan "Anderlext" səfərdə "Vasland-Beveren"lə qarşılaşıb.

Brüssel təmsilçisi bu oyunadək turnir cədvəlində sondan 2-ci pillədə qərarlaşmış komandaya məğlub olub (1:2). Autsayder matçın 1-ci dəqiqəsində İbrahim Sekin qırmızı vərəqə almasıyla meydanda azlıqda qalsa da, oyunun gedişində iki dəfə hesabda önə keçib.

Hazırda hesabında 24 xal olan "Anderlext" 2-ci pillədə qərarlaşıb.

Belçika çempionatı

XIII tur

31 oktyabr

"Vasland-Beveren" - "Anderlext" - 2:1

Qollar: Qano, 9. Kols, 32 - Teodorçik, 10

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR