Türkiyənin məşhur müğənnisi Sibel Can ötən gün tanınmış otellərin birində konsert verib.
Milli.Az "Cadde"yə istinadla bildirir ki, o, səhnəyə çıxmazdan əvvəl xoşagəlməz hadisə baş verib. Belə ki, qulaq çöpü ilə qulağını təmizləyən zaman çöpün pambığı qulağında ilişib qaldığına görə müğənni çətin anlar yaşayıb. Onun meneceri həkim çağırıb. Bu səbəbdən dolayı Sibel Can səhnəyə yarım saat gec çıxıb.
Milli.Az