Azərbaycan kənd təsərrüfatı və turizm sahələrində Yaponiyanın nou-haularını öyrənməkdə maraqlıdır

Azərbaycan kənd təsərrüfatı və turizm sahələrində Yaponiyanın nou-haularını öyrənməkdə maraqlıdır
09:57 31 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Osaka şəhərinin meri Hirofumi Yoşimura ilə görüşüb.
"Report" NHK-ya istinadən xəbər verir ki, tərəflər turizm və biznes kimi sahələrində təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.
Səfir hökumətin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə atdığı addımlar haqqında məlumat verib. O, Azərbaycanın kənd təsərrüfatı və turizm sahələrində Yaponiyanın nou-haularını öyrənməkdə maraqlı olduğunu da əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-kend-teserrufati-ve-turizm-sahelerinde-yaponiyanin-nou-haularini-oyrenmekde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR