Bakı küçələrində çılpaq qadınlar? - FEMEN "aksiya"dan danışdı - FOTO

Bakı küçələrində çılpaq qadınlar? - FEMEN "aksiya"dan danışdı - FOTO
10:05 31 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

"FEMEN Bakıda aksiya keçirib", "Bakıda ukraynalı qadınlar çılpaq vəziyyətdə şüarlar qışqırıblar!"

... Ukraynadakı radikal feminist qruplaşma olan FEMEN-in Bakıda aksiya keçirməsi ilə bağlı sosial şəbəkələrdə fotolar paylaşılır. Müzakirələr də gedir və bildirilir ki, sən demə, Bakının mərkəzində FEMEN-çi qadınlar soyunaraq, yarıçılpaq aksiya keçiriblər.

Milli.Az bildirir ki, FEMEN-in nümayəndəsi və aksiyalarının təşkilatçılarından olan Anna Qusolun dediyinə görə, Bakıda aksiya keçirilməsi ilə bağlı heç bir xəbəri yoxdur.

"FEMEN hərəkatdır, sərt iyerarxiyası olan təşkilat deyilik. Əgər hansısa qadın Bakıda aksiya keçirmək istəyirsə, buna mane ola bilmərik. Məlumatımız olmaya da bilər. Biz qadınlara mübarizə metodu veririk. Mövzu və yerini onlar asudə şəkildə seçə bilərlər", - A.Qusol syləyib.

FEMEN indiyədək dynyanın bir neçə ölkəsində qalmaqallı aksiyalar keçirib.

Onların arasında Parisdəki Nortr-Dam kilsəsindəki aksiya da var. Kilsəyə girən FEMEN mənsubları olan qadınlar zənglərə vuraraq "Papa artıq yoxdur!" qışqırıblar.

Ukraynanın paytaxtı Kiyevdəki Maydanda isə Femen mənsubu olan qadınlar ağac xaçı mişarlayıb yıxıblar. Bu minvalla onlar Rusiyadakı "Pussy Riot" pank-qrupuna dəstək olublar.

Bakıda "keçirilmiş aksiyadan çəkilmiş foto" isə fotomontajdır.

Guya "Bakıda" olmuş FEMEN üzvünün bu fotosu Kiyevdə, Kiyev-Peçora Lavrası kilsəsinin qarşısındakı aksiyada çəkilib.

Primitiv fotomontaj vasitəsilə hazırlanmış bu feyk foto isə Azərbaycanda günlərdir ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

FEMEN-in Bakıda aksiya keçirməsi ilə bağlı yalanı, hansısa gəncin uğursuz "prank" istəyini az sonra böyük həzzlə və şövqlə paylaşanların tam əksəriyyəti isə daim, həmişə və hər yerdə narazı olanlar, özlərini "radikal müxalifət" adlandıran düşərgənin mənsubları idi.

Onlar FEMEN kimi çılpaq aksiyaları ilə qalmaqallar yaradan qrup olsa da, "əcnəbi müxalifətçilər"in Bakıda soyunmalarına sevinirdilər.

Hətta müxalifətçilərdən biri "biz etməsək də, onlar etdilər" yazmış, virtual köks də ötürmüşdü.

Amma fotomontaja aldanıb cuşa gələnlər indi peşman olublar.

Sən demə, Bakıda nə FEMEN varmış, nə də "demokratiya üçün soyunan qadın"...

Orxan Hun
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR