Azərbaycanda istehsal olunan avtomobillər üçün satış bazarları axtarılır

Azərbaycanda istehsal olunan avtomobillər üçün satış bazarları axtarılır
10:12 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"İran Khodro" Azərbaycanda istehsal olunan avtomobillər üçün satış bazarları müəyyən edir.

Milli.Az marja-ya istinadən bildirir ki, şirkət Azərbaycanda istehsal olunan avtomobilləri Ukrayna və Gürcüstana ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycanın "Azevrocar" MMC şirkətinin İranın isə "İran Khodro" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub.

İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb.

İyunda isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Zavodun layihə dəyəri 15 milyon dollardır. Bu vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/484726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR