Mahaçqalada yüzlərlə insan xəstəxanaya yerləşdirildi

Mahaçqalada yüzlərlə insan xəstəxanaya yerləşdirildi
10:12 31 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Mahaçqalada 360-dan çox adam bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Onlardan 265-i uşaqlardır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay məlumat verib.

Məlumata görə, Rusiya səhiyyə nazirinin tapşırığı ilə xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.

İlkin versiyaya əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR