Mütəxəssislər mobil internetin populyarlığının kəskin artımını proqnozlaşdırırlar

Mütəxəssislər mobil internetin populyarlığının kəskin artımını proqnozlaşdırırlar
10:35 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İnternetdən istifadə indiki qədər aktiv olmayıb. Şəbəkəyə qoşulmaların sayının artması internetə müxtəlif üsullarla daxilolma ilə izah edilir. Gələcəkdə bu göstərici “Əşyalar interneti”nə qoşulan qurğuların sayəsində daha da artacaq. Bu gün ən çox smartfonlar üzərindən internetə daxil olunur. “Zenith” resursunun statistikasına əsasən, 2012-ci ildə internetdən istifadənin 40%-i mobil qurğuların payına düşüb və 2016-cı ilə bu göstərici 68%-dək artıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, 2017-ci ilə internet trafikin 75%-i mobil qurğuların payına düşəcək. Beləliklə, internetə 4 qoşulmadan 3-ü yığcam qurğulardan həyata keçiriləcək. 2018-ci ildə bu göstərici 79%-dək artacaq və 2012-ci il üzrə məlumatları iki dəfə üstələyəcək.

Analitiklər, həmçinin regiondan asılı olaraq internetin populyarlığını təhlil ediblər. Ən çox internet istifadəçisi İspaniyada (85%) qeydə alınıb. Reytinqə, həmçinin Honkonq (79%), Çin (76%), ABŞ (74%) daxil edilib. “Zenith” resursunun proqnozuna görə, 2018-ci ildə Honkonq (89%) birinci, Çin (87%) ikinci, İspaniya (86%) isə üçüncü pillədə qərarlaşacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44061-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR