Jirinovski: “Ərdoğan bizim adamımızdır”

Jirinovski: “Ərdoğan bizim adamımızdır”
10:44 31 Oktyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib. Lent.az odatv-yə istinadən xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib.

 

“Rossia 1” telekanalında yayımlanan verilişdə qonaq olan siyasətçi bildirib ki, Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etmək məcburiyyətindədirlər: “Biz Ərdoğanı müdafiə etməliyik. Gərək cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR