Akarın qiyamçılarla danışığı üzə çıxdı

Akarın qiyamçılarla danışığı üzə çıxdı
10:57 31 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

15 iyul dövlət çevrilişinə cəhd zamanı həbs edilən general Hakan Evrimin ikinci ifadəsi ortaya çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, general Türkiyə ordusunun əsir götürülən Baş Qərargah rəisi Hulusi Akarla bağlı maraqlı məlumat verib.
 
Onun sözlərinə görə, Akar Akıncı bazasında üsyançılara məsələnin danışıqlar yolu ilə həll ediləcəyini deyib. Bunun üçün o, keçmiş prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlunun prosesə qatıla biləcəyini qeyd edib:
 
"Otağa girəndə Akar, Akın Öztürk, Məhməd Dişli, Kubilay Səlcuq, Ömər Faruk Harmancıq və 2-3 mülki şəxs gördüm. Heç kim əlibağlı deyildi. Otaqda olanların heç birində silah yox idi.
 
Tanımadığım bu adamlar Akar və Öztürkə çevrilişi izah edirdi. Akara nəsə təklif etdiklərini eşitməmişəm. Sadəcə, Akar indiki bir vaxtda Türkiyə ordusunun çevrilişə qalxmasının qəbul edilməyəcəyini, özünün də, müxalifətin də narazı qaldığı bəzi məsələlərin olduğunu, ancaq bunun üçün çevrilişə ehtiyac olmadığını dedi.
 
Akar cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir konsensusla problemlərin həll edilə biləcəyini danışırdı. Hətta o, Abdullah Gül və Əhməd Davudoğlu kimi adamları, müxalifəti cəlb etməklə problemlərin həll edilə biləcəyini dedi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR