Karateçilərimiz dünya çempionatında 3 medal qazandılar

Karateçilərimiz dünya çempionatında 3 medal qazandılar
11:05 31 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurublar.

Milli.Az Report-a istinadən xəbər verir ki, medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.

75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.

Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 4-cü yerlə kifayətlənib. 

Beləliklə, ümumi komanda hesabında Azərbaycan 5-ci, Avropa ölkələri arasında isə 2-ci yerə sahib çıxıb.

Yarışın təntənəli bağlanış mərasimində Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib. 

Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR