Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib
11:07 31 Oktyabr 2016
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 31 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Masallı rayon sakini Qeyrət Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü Q.Allahverdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR