Azərbaycandan ekstradisiya olunmuş mafiya başçısı Ankarada tutuldu

Azərbaycandan ekstradisiya olunmuş mafiya başçısı Ankarada tutuldu
11:17 31 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə 10 ildir, axtarışda olan mütəşəkkil cinayətkar dəstənin başçılarından biri Ankarada yaxalanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Söyləməz qardaşları" adlı dəstənin başçısı Mehmet Sena Söyləməz Sincan rayonunda saxta Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) vəsiqəsi ilə ələ keçib.
 
Hərbi həkim olan Mehmet Sena Söyləməz və istefada olan hərbçi Faysal Söyləməz qardaşlarının rəhbərlik etdiyi mafioz dəstə onlarla cinayətdə təqsirləndirilib. Onların və dəstənin digər üzvlərinin haqqında dəfələrlə həbs qərarı verilib.

Qeyd edək ki, dəfələrlə məhkum olunan Söyləməz qardaşları 2004-cü ildə İraqa qaçıblar. İş adamlarından təhdid yolu ilə pul topladıqları müəyyənləşən qardaşlar İraqda saxlanılsalar da, sonradan sərbəst buraxılıblar. İnterpol vasitəsi ilə axtarışa verilən Söyləməzlər daha sonra Azərbaycanda tutularaq, Türkiyəyə ekstradisiya ediliblər. Lakin Türkiyəyə göndəriləndən sonra müəmmalı şəkildə azadlığa buraxılıblar. Bundan bir müddət sonra isə barələrində yenidən axtarış elan olunub.
 
1996-cı ildən indiyədək üstü açılmayan müxtəlif cinayətlərdə şübhəli bilinən qardaşlardan biri Ankarada yaxalansa da, Faysal Söyləməzin axtarışı davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/484755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR