Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib
11:27 31 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini Qeyrət Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü Q.Allahverdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR