Premyer Liqada 4 cəzalı

Premyer Liqada 4 cəzalı
11:32 31 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının X turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, üç oyunçu sarı vərəqə, biri isə qırmızı vərəqə üzündən XI turu buraxacaq.

Ən ağır zərbə "Kəpəz"ə dəyib. Gəncəlilər kapitan Tural Axundovla legioneri Renan Silvanı itiriblər. "Zirə" ilə matçdakı (0:2) sarı vərəqə sonuncu üçün 4-cü olubsa, Tural meydandan qovulub. Onlar "Sumqayıt"la ev matçını buraxacaqlar.
 
"Zirə" də "Kəpəz"lə matçda futbolçu itkisinə üzülüb. 4-cü sarı vərəqəsini alan Təmkin Xəlilzadə "Qarabağ"la ev qarşılaşmasında şans qazanmayacaq.
 
"Qarabağ"a uduzan (0:1) AZAL Tural Hümbətovu itirib. Xəbərdarlıq sayı 4-ə çatan futbolçu "Qəbələ" ilə ev oyununda "istirahət edəcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR