Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”-ni möhtəşəm səsi ilə fəth etdi - VİDEO

Azərbaycanlı iştirakçı “O Səs Türkiyə”-ni möhtəşəm səsi ilə fəth etdi - VİDEO
11:48 31 Oktyabr 2016
89 Şou
Ölkə mətbuatı
A- A+

“O Səs Türkiyə” səhnəsinə çıxan azərbaycanlı opera ifaçısı Gülşən İbadova möhtəşəm səsi ilə münsif heyətini sözün əsl mənasında təəccübləndirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “La Voıx” adlı mahnısı oxuyan həmyerlimizə bütün münsiflər dönüb. Gülşən daha sonra Gökhanın xahişi ilə “Sarı gəlin” xalq mahnımızı ifa edib.

Bəs münsifləri və qonaqları səsi ilə ovsunlayan Gülşən İbadova kimdir?

Gülşən 6 yaşından bəri musiqi ilə məşğul olur. 2013-cü ildə Bakı Musiqi Akademiyasını bitirən Gülşən bir vaxtlar Azərbaycanda çox populyar olan “Yeni ulduz” müsabiqəsində iştirak edib və finala vəsiqə qazana bilməyib. O, eyni zamanda “Eurovision- 2011” milli seçim turlarına da qatılıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR