Mikayıl Cabbarov: “Universitetə daxil olanların sayı iki dəfə artıb”

Mikayıl Cabbarov: “Universitetə daxil olanların sayı iki dəfə artıb”
11:53 31 Oktyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

“1990-ci ildə 25 Ali təhsil məktəbi var idisə, 2016-cı ildə bu rəqəm 53 olub".

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Elm festivalında deyib.

Nazir deyib ki, bu il ali məktəbə daxil olan şagirdlərində sayı artıb: “2016-ci ildə universitetə daxil olanların sayı 1990-cı ilə nisbətən 2 dəfə artıb. Hazırda təhsilmizdə inkişaf var və bu inkişaf davam edir”.

Mikayıl Cabbarov bu gün də davamlı inkişafda təhsilin və elmin böyük rol oynadığını qeyd edib. Nazir onu da vurğulayıb ki, “Elm haqqında” qanun layihəsinin qəbul olunması dövlətin elmə göstərdiyi qayğının nümunəsidir: Gənclərin dövlət hesabına xarici ölkələrdə təhsil alması da son dərəcə önəmlidir. Təkcə 2015-ci ildə magistratura pilləsi üzrə 70, doktorantura üzrə 25 nəfər xaricdə təhsil almağa göndərilib”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR