70 nəfər gənc ali təhsilli kadr “Azərikimya”nın müəssisələrinə işə qəbul olunub

70 nəfər gənc ali təhsilli kadr “Azərikimya”nın müəssisələrinə işə qəbul olunub
12:02 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yay təcrübəsindən 2015-ci ildə 27, cari ildə isə 43 nəfər olmaqla, son il yarım ərzində ümumilikdə 70 nəfər gənc ali təhsilli kadr “Azərikimya” İB-nin müəssisələrinə işə qəbul olunub. Bu barədə “Report”a “Azərikimya”dan məlumat verilib.
Qeyd olunub ki, “Azərikimya” İB ölkənin 4 aparıcı universiteti ilə əməkdaş­lıq edir. SOCAR-ın İnsan resursları Departamenti ilə birgə həyata keçirilən layihələr çərçivəsində aparıcı ali təhsil müəssisələrinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri hər ilin yayında ilkin olaraq “Azərikimya”nın Etilen-Polietilen Zavodunda adaptasiya keçir. Bundan sonra bu tələbələr üçün “Petkim Holding”də təcrübələr təşkil edilir, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqələr keçirilir. Bunda məqsəd həm tələbələr arasından kimya sənayesi üçün gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
Qurumdan bildirilib ki, ehtiyac duyulan ixtisaslı fəhlə kadrlarının hazırlanmasında isə SOCAR-ın Təlim-tədris və sertifikatlaşdırma İdarəsinin Sumqayıtdakı Təlim-tədris Mərkəzinin dəstəyindən istifadə olunur. Bu mərkəz həm “Azərikimya” üçün, həm də SOCAR-ın digər struktur bölmələri üçün müxtəlif yönümlü peşələr üzrə ixtisaslı gənc fəhlə kadrları hazırlayır. Artıq Sumqayıt Təlim-Tədris Mərkəzini müxtəlif ixtisaslar üzrə bitirmiş 200-ə yaxın gənc “Azərikimya” İB tərəfindən işə qəbul olunub.
Sumqayıt Təlim-Tədris Mərkəzini 2015-2016-cü tədris ilində bitirənlər arasında “Azərikimya” İB tərəfindən sifariş edilmiş 12 nəfər aparatçı ixtisasına yiyələnib.Təlim-tədris mərkəzini müvəffəqiyyətlə başa vurub, test imtahanından keçərək müvafiq sertifikat alan bu 12 nəfər gəncr artıq bir aydır ki, İB-də çalışırlar. Yeni işə qəbul olunan 12 nəfərdən 8-i qadındır.
“İşə qəbul olunmuş gənc kadrların hər biri ilə əmək müqaviləsi bağla­nılıb, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb. SOCAR-ın tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində hər bir işçi sığorta­lanaraq, sığorta müqaviləsi və kartları üzrə respublikanın 40-a yaxın müxtəlif şəhərlərindəki ixtisaslaş­dırıl­mış klinikala­rında, o cümlədən Sum­qayıtın dörd sağlamlıq ocağında is­tənilən vaxt heç bir məhdu­diyyət qoyulmadan pulsuz müalicə olunmaq imkanı qazanıb", - deyə “Azərikimya”dan bildirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/70-nefer-genc-ali-tehsilli-kadr-azerikimya-nin-muessiselerine-ise-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR