Dünya çempionatında Rafael Ağayevə XÜSUSİ HƏDİYYƏ

Dünya çempionatında Rafael Ağayevə XÜSUSİ HƏDİYYƏ
12:08 31 Oktyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyanın Lints şəhərində keçirilən 23-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurub.

Publika.az xəbər verir ki, medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür. 75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.

Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 5-ci yerlə kifayətlənib. Bu nəticə ilə Azərbaycan komandası Avropa ölkələri arasında 2-ci olub.

Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib.

Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR