Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir
12:12 31 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub", - məlumatda bildirilib.
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR