Dövlət Komitəsi sədrinin müavini: "Məhərrəmlikdə radikal şüarlar səsləndirən dindarlar barəsində tədbirlər görüləcək"

Dövlət Komitəsi sədrinin müavini: "Məhərrəmlikdə radikal şüarlar səsləndirən dindarlar barəsində tədbirlər görüləcək"
12:22 31 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Bu il Aşura günü, o cümlədən Məhərrəm ayı sabit şəraitdə keçir. Bu il Bərdə rayonu istisna olmaqla, digər bölgələrdə küçə yürüşləri aşkar edilməyib. Mənzillərdə toplanma halları da kütləvi şəkildə aşkar edilmir".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, bir neçə ibadətgahlarda-məscidlərdə müəyyən aqressiv, o cümlədən xurafata yönümlü hərəkətlərə yol verilib. "Radikal şüarlar səsləndirənlər barəsində hazırda bizim araşdırmamız davam edir. Həmin şəxslər ətrafında müəyyən işlər görülür. Hüquq-mühafizə orqanları onlar haqqında təbir görəcəklər".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR