Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb
12:27 31 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbsəinin məsləhətçi-müfəttişi ehtiyatsızlığıdan güllə yarası alıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 
Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. 
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/nazirlik-emekdasi-ehtiyyatsizliqdan-gulle-yarasi-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR