Kanada Azərbaycanda heyvandarlığın inkişafına kömək etmək istəyir

Kanada Azərbaycanda heyvandarlığın inkişafına kömək etmək istəyir
12:27 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Kanada hökuməti Azərbaycanda cins (damazlıq) mal-qara ixrac etmək yolu ilə heyvandarlığın inkişafına kömək etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kanadanın İstanbuldakı (Türkiyə) ticarət nümayəndəsi Barış Satar bildirib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında mövcud olan diri heyvanların idxalına dair razılaşma əsasında həyata keçirilə bilər: "Kanadadakı heyvanlarda xəstəlik olması ehtimalı az olsa da, istənilən halda onlar Azərbaycana gətirilməzdən əvvəl sağlamlıq testindən keçirilə bilər və ölkəyə tamamilə sağlam mal-qara idxal oluna bilər. Çünki məqsəd Azərbaycandakı heyvanların keyfiyyətini və verimliliyini artırmaqdır".
B.Satar qeyd edib ki, ölkəsi Azərbaycan şirkətləri, iri holdinqlərlə bu məsələdə əməkdaşlıq etməyə hazırdır. O, Azərbaycan bazarı ilə bağlı marketinq araşdırmalarının aparılacağını da istisna etməyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR