Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
12:32 31 Oktyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-olan-hava-proqnozu-aciqlanib44

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR