Hava qeyri-sabit keçəcək: Bakıda yağış, rayonlarda qar yağacaq

Hava qeyri-sabit keçəcək: Bakıda yağış, rayonlarda qar yağacaq
12:32 31 Oktyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/hava-qeyri-sabit-kececek-bakida-yagis-rayonlarda-qar-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR