Qarşıdakı üç günlə bağlı xəbərdarlıq: yağış, külək, qar

Qarşıdakı üç günlə bağlı xəbərdarlıq: yağış, külək, qar
12:51 31 Oktyabr 2016
306 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

Ölkə ərazisində də qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR