Ermənilər ABŞ-ın məxfi silahını İrana satdı

Ermənilər ABŞ-ın məxfi silahını İrana satdı
13:08 31 Oktyabr 2016
107 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da erməni əsilli Zavik Zarqaryan və Vaçe Nairyan İrana reaktiv təyyarənin hissələrinin qaçaqlamçılıq yolu ilə çatdırılmasına görə həbs olunub.

Publika.az
“Los Anceles Times” nəşrinə istinadən xəbər verir ki, xüsusi agentlər tərəfindən çərşənbə günü həbs olunan ermənilər İrana satdıqları silah hissələrinə görə 3 milyon ABŞ dolları əldə ediblər.

Məhkəmə məxfi saxlanılan silahların ermənilər tərəfindən qanunsuz satışını Amerikanın milli təhlükəsizliyinə zərbə olaraq qiymətləndirib. Lakin Zarqaryanla Nairyan ittihamı qəbul etməyib. Onlar girov qarşılığında sərbəst buraxılıb.

Hər iki erməninin günahı təsdiqini taparsa, məhkəmə onları federal qanunvericiliyə əsasən həbs edəcək. Z.Zarqaryan 115 il müddətinə həbs və 4,77 milyon dollar cərimə, V.Nairyan isə 95 il həbs və 3,77 milyon dollar cərimə cəzasına məhkum edilə bilər.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR