Gürcüstan parlamentinin ilk iclası noyabrın 19-dək keçiriləcək

Gürcüstan parlamentinin ilk iclası noyabrın 19-dək keçiriləcək
13:17 31 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Gürcüstanın yeni seçilən parlamentinin ilk iclası noyabrın 19-dək keçiriləcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkə konstitusiyasına əsasən yeni parlamentin ilk iclası seçkilər başa çatandan sonra 20 gün ərzində keçirilməlidir. Konstitusiyaya görə, ölkə prezidenti Georgi Marqvelaşvili yeni parlamentin ilk iclasının keçirilmə tarixini təyin etməlidir.
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 8-də, ikinci tur isə bu ayın 30-da keçirilib. Əsas qanuna görə, parlamentin səlahiyyətlərinin icrasına başladıqdan sonra 7 gün ərzində hökumət istefaya gedir, prezident yeni Nazirlər Kabinetinin üzvlərinin siyahısını bu müddətdə təsdiqlənmək üçün parlamentə təqdim edir.
İlkin məlumata əsasən, seçkilərdə hakim "Gürcü arzusu" partiyası parlamentdəki 150 yerin 115-ni əldə edərək konstitusiyalı çoxluğa nail olub. Qalan yerləri isə Milli Hərəkat Partiyası və "Vətənpərvərlər Alyansı" tutub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustan-parlamentinin-ilk-iclasi-noyabrin-19-dek-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR