Sabah Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək
13:17 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.
Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.
Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/sabah-bakida-azerbaycan-rusiya-regionlararasi-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR