Putin bu ölkələrdə “narıncı inqilablar” hazırlayır – ŞOK SİYAHI

Putin bu ölkələrdə “narıncı inqilablar” hazırlayır – ŞOK SİYAHI
13:23 31 Oktyabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Şərqi Avropada “narıncı inqilablar” hazırlayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə Rusiya sosioloqu və publisisti İqor Eydman çıxış edib.

O, Çernaqoriyada dövlət çevrilişini təşkil etmək cəhdində Rusiya xüsusi xidmət orqanlarının iştirakı haqqında xəbərlərin etibarlılığından şübhələnmir. İqor Eydmanın fikrincə, Kreml bu cür pozucu fəaliyyətlə Şərqi Avropanın digər ölkələrində, həmçinin keçmiş SSRİ respublikalarında məşğuldur.

“Putin səmimiyyətlə inanır ki, istənilən inqilab və ya etiraz aksiyası xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Rusiya lideri əmindir ki, Ukrayna Maydanını və “Ərəb baharı”nı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təşkil edib. Bu inam Rusiya hakimiyyətini “narıncı inqilablar” sahəsində “qızğın silahlanma”ya aparır”, - Rusiya sosioloqu qeyd edib.

Onun sözlərinə görə, hər şey Ukraynanın cənub-şərqində toqquşmalar, Krım və Donbasın tutulması ilə başlandı: “Yaxın vaxtlarda isə Rusiyanın xüsusi xidmət orqanları Çernaqoriyada daxili münaqişə yaratmağa və çevrilişi təşkil etməyə çalışırdı. Düşünürəm ki, oxşar iş Latviya, Estoniya, Moldova, Belarus, Qazaxıstan, Bolqarıstan və Litvada aparılır”.

Xatırladaq ki, Rusiyanın bir neçə vətəndaşı qonşu Çernaqoriyada terror aktlarına hazırlaşdığı üçün ötən həftə Serbiyadan deportasiya edilib.

Oktyabrın 16-da Serbiyanın 20 vətəndaşı Çernaqoriyada terror aktlarına hazırlığa görə tutulub. İstintaqın versiyasına görə, onlar müxalifətin mitinqində iştirak edənləri güllələməyə hazırlaşırdılar. Serbiyanın baş naziri Aleksandr Vuçiç bu informasiyanı təsdiq edib və bildirib ki, ölkənin hüquq-mühafizə orqanları bu planın reallaşdırmasına cəlb edilmiş “daha bir neçə təhlükəli qrupu” aşkarlayıb. Baş nazir əlavə edib ki, saxlanılanlar əcnəbilərlə əlaqəli şəkildə hərəkət edirdilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR