Hadisə məhkəmə barədə: "Heç yerə qaçmamışam"

Hadisə məhkəmə barədə: "Heç yerə qaçmamışam"
13:37 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Hadisə ilk dəfə məhkəmə işçilərinin "O səs Türkiyə" studiyasına gəlməsi barədə danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, reklam müqaviləsini pozduğu üçün şirkət tərəfindən məhkəməyə verilən ifaçı prosesin hələ davam etdiyini bildirib:

"Məhkəmə prosesi davam etdirildiyi üçün bu barədə danışa bilməyəcəyəm. Ancaq hazırda məhkəmə icrası ilə bağlı bir vəziyyət yoxdur. Heç yerə qaçmamışam, ya da özümü evə həbs etməmişəm. Uzun illərdir eyni heyətlə çalışıram, hər yerə də gedirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR