Azərbaycanlı aparıcının keçmiş əri: "Qızımıza görə..."

Azərbaycanlı aparıcının keçmiş əri: "Qızımıza görə..."
13:42 31 Oktyabr 2016
62 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Könül Muxtarovanın keçmiş həyat yoldaşı, aktyor Elçin Məmmədov "Tezdən oyan" verilişində üz-üzə gəlmələrinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Bəyəndim" verilişinə açıqlamasında məsələ ilə bağlı bunları deyib:

"Kişi keçmişiylə bağlı danışmamalıdır. Könül qızım İncinin anasıdır. Biz tək verilişdə yox, həyatda da qızımıza görə üz-üzə gəlirik. Mən övladımı görmək istəyirəm, məcbur anasıyla gəlir. Buna etiraz da etmirəm. Biz nə mehriban, nə də düşmənik. Könül xanım da, mən də bilirdik ki, verilişə qatılacağıq. İstəməsək, əvvəlcədən etiraz edib, buna şərait yaratmazdıq".

K.Muxtarova bildirib ki, buna normal yanaşıb və heç bir həyəcan yaşamayıb:

"Efirimdə hər kəs qonaq ola bilər. Keçmiş həyat yoldaşım aktyordur, filmdə rol alıb. Bu məsələdə mənə ailəsindən ayrılanlar haqq qazandıracaqlar. Efir adamıyıqsa, problem yaşamamalıyıq. Sevgi ilə qurulan ailə alınmadı, müasir insanlar kimi ayrıldıq. Balaca qızımız var. Qızımız İnciyə görə hərdən bir araya gəlirik. Mən "O insan gözümə görünməsin" fikrində deyiləm. Heç efirdə şəxsi həyatımız yadıma düşmədi. Efir məsuliyyəti daha üstün idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/484811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR