Dünya şöhrətli müğənni Adel evlilik yolunda ilk addım atıb.
Milli.Az "Daily Mail"ə istinadla xəbər verir ki, o, 5 ildir birlikdə olduğu sevgilisi Saymon Koneçki ilə nişanlanıb. İkili bunu səs-küysüz və mediadan xəbərsiz edib.
Bu barədə məlumatı ikilinin dostları yayıblar.
Qeyd edək ki, cütlüyün artıq 4 yaşlı bir oğulları var.
Milli.Az