Azərbaycanlı müğənni boşanmasının səbəbindən danışdı: "Elçilərim var"

Azərbaycanlı müğənni boşanmasının səbəbindən danışdı: "Elçilərim var"
13:57 31 Oktyabr 2016
334 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Fədayə Laçın ailəsinin dağılmasından danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki,  "Ondan sonra" verilişinə danışan ifaçı bildirib ki, həyat yoldaşından boşanmasının günahkarı özüdür: "Həyat yoldaşımdan istəmədən ayrıldım. Bu da bir taledir. O çox qısqanc idi. Evə də telefon çəkdirməyə razı olmurdu. Deyirdi ki, telefon evyıxan şeydir. Mən də onun qadağaları ilə razılaşırdım. Ayrılığa səbəb isə bir hadisə oldu. Allah xasiyyətimi kəssin. Ayrılığımıza səbəb mənim xarakterim idi".

F.Laçın boşandığına görə peşman olduğunu söylədi: "Əslində elə o nə deyirdisə, düz deyirdi. İndi baxıram ki, o çox şeydə haqlı idi. Ondan heç vaxt narazı olmamışam. Çox gözəl insandır. Yenə də münasibətimiz var. Yəni gəlir, gedir, zəng edir, maraqlanır".

İfaçı onu da əlavə edib ki, boşansa da indi ona bir çox evlilik təklif edən bəylər var: "Mənə indi evlilik təklifi edənlər var. Yəni elçilərim var. Heç vaxt ikinci dəfə ailə qurmaram. Evimə, övladıma ögey ata gətirmək fikrində olmamışam. Buna görə də heç vaxt ailə qurmaram". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/484822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR