Azərbaycanda bir ailənin 14-cü övladı doğulub

Azərbaycanda bir ailənin 14-cü övladı doğulub
14:05 31 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb.
 
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar".
 
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
 
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR