Ağdamda 1 ədəd piyada əleyhinə mina tapılıb - FOTO

Ağdamda 1 ədəd piyada əleyhinə mina tapılıb - FOTO
14:05 31 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

Milli.Az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Qaradağlı kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb, 5 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-31 oktyabr tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası" və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR