Tovuz sakinləri pulsuz əməliyyat olundular

Tovuz sakinləri pulsuz əməliyyat olundular
14:09 31 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda göz xəstəliliyindən əziyyət çəkənlər üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tibbi xidmət göstərib. Lent.az-ın məlumatına görə, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonundan millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib. Millət vəkili müayinəyə gələnlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub və bir çox problemləri yerindəcə həll edib.

 

Səyyar klinikada xarici dövlətlərdə təhsil almış yüksək səviyyəli həkim briqadası calışır. Səyyar klinikaya müraciət edən rayon əhalisinin gözləri diaqnostik müayinə, bəzi xəstələr əməliyyat olunub. 

 

Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. 29-30 oktyabr tarixində keçirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış keçirilib və onlardan 20 nəfəri əməliyyat olunub.

 

Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını, bu cür aksiyaların onlarla ailənin sevincinə səbəb olduğunu deyib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işçisi, həkim-oftalmoloq Y. Abdıyeva çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib, onların qayğıları ilə maraqlanıb.

Onu da qeyd edək ki, səyyar klinika müasir texnologiyaya əsaslanan tibbi avadanlıqlarla təchiz olunub və yüksək ixtisaslı həkim briqadası heç bir çətinlik çəkmədən bir çox əməliyyatları həyata keçirirlər.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR