Mədətovu cəzalandıran hakim "Qarabağ"ın oyununda

Mədətovu cəzalandıran hakim "Qarabağ"ın oyununda
14:17 31 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA Salonikidə baş tutacaq qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.


Matçı Con Beaton idarə edəcək. Ona Duqlas Potter və Alastair Mather yardımçı olacaq. 4-cü hakim funksiyasını Sean Karr yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Stiven MakLean və Donald Robertson olacaq.


Hakimlərin işinə sloveniyalı hakim-inspektor Darko Ceferin qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə moldovalı Çenadi Skurtul olacaq.


Qeyd edək ki, Con Beaton bundan əvvəl bir dəfə Azərbaycan yığmasının oyununu idarə edib. Belə ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının 2014-cü ildə Macarıstanda keçrilən Macarıstan - Azərbaycan matçını idarə edib. 1:1 hesabı ilə yekunlaşan oyunda referi meydan sahiblərinin bir üzvünə qırmızı, millimizdən isə Mənsur Nəhavəndi, İlyas Səfərzadə, Emin Zamanov və hazırda "Qarabağ"da oynayan Mahir Mədətovə sarı vərəqə göstərib.


Onu da qeyd edək ki, Salonikidəki Tumba stadionu keçriləcək qarşılaşma noyabrın 4-də Bakı vaxtı ilə saat 23.05-də başlayacaq.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR