Türkiyədə bir universitetin 141 müəllimi işdən çıxarılıb

Türkiyədə bir universitetin 141 müəllimi işdən çıxarılıb
14:22 31 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyənin Dənizli bölgəsindəki Pamukkale Universitetindən daha 85 müəllim işdən kənarlaşdırılıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, qanun hökmündə qərar əsasında universitetdən uzaqlaşdırılanlardan 8-i professordur.
Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq işi çərçivəsində işdən azad ediliblər.
Məlumata görə, FETÖ-yə dair ilk qanun hökmündə qərarla bu unversitetdən 56 professor və dosent xaric olunmuşdu.
Qeyd edək ki, iyulun 15- dövlət çevirlişinə cəhddən sonra bu unversitetdən FETÖ ilə bağlı işdən 141 professor, dosetn və müəllim işdən çıxarılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-bir-universitetin-141-muellimi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR