Sevgilisi ilə münasibətdə olduğu üçün VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ - FOTO/VİDEO (18+)

Sevgilisi ilə münasibətdə olduğu üçün VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ - FOTO/VİDEO (18+)
14:23 31 Oktyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sevgilisi ilə yaxın münasibət qurduğu üçün 20 yaşlı qız küçədə hamının gözü qarşısında dəyənəklə döyülüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İndoneziyanın Banda-Açex əyalətində baş verib. 20 yaşlı qız İslamın qaydalarını ciddi şəkildə pozmaqda ittiham edilib. Deyilənlərə görə, onların dəfələrlə intim münasibətləri olub. Buna görə də, şəriət qanunlarına əsasən cəlladlar onu əvvəlcə məscidə gətiriblər, daha sonra yerdə dizi üstə dayanmağa məcbur edərək kürəyini dəfələrlə qamçılayıblar. Cəza bitdikdən sonra ağrıdan qovrulan qız xəstəxanaya yerləşdirilib. Yeri gəlmişkən onun universitet yoldaşı da sərt cəza alıb.

Məlumat üçün bildirək ki, İndoneziyada nikahda olmayan cütlüklərin şəriət qanununa uyğun olaraq, həddən artıq səmimi olması qadağan edilib. Hətta iki gəncin eyni məkanda dayanması da xoşagəlməz nəticələnə bilər.

Banda-Açex İndoneziyada yeganə əyalətdir ki, şəriət qanunlara riayət edir, alkoqol və qumar oynayan, o cümlədən bir sıra cinayətlər törədən insanlar sərt şəkildə cəzalandırılır.

Xatırladaq ki, bu kimi hadisələr Banda-Açex əyalətində mütəmadi olaraq təkrarlanır. Təqsirkar bilinən şəxslər isə məscidə gətirilərək döyülür. Bir dəfə 22 yaşlı qadın hamilə olduğu üçün cəzadan müvəqqəti yanına bilib. Lakin doğuşdan sonra “öz layiqli cəzasını” alıb.

Aytən










Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/174171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR