Azərbaycanda noyabr ayında 3 bayram, 9 qeyri-iş günü var

Azərbaycanda noyabr ayında 3 bayram, 9 qeyri-iş günü var
14:42 31 Oktyabr 2016
329 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.
"Report" xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.
Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən həmin günlər qeyri-iş günü sayılır.
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/noyabr-ayi-3-bayram-9-qeyri-is-gunu-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR