İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış oldu

İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış oldu
15:05 31 Oktyabr 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib.

Milli.Az bildirir ki, bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.

Mosulun yerləşdiyi Naynava vilayətindən olan mənbənin "Al Sumaria" telekanalına verdiyi məlumata görə, yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər.
Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR