Romada məktəblər bağlanıb

Romada məktəblər bağlanıb
15:07 31 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhərində məktəblər oktyabrın 31-də bağlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Virciniya Raci qərar qəbul edib.
"Roma şəhər administrasiyası zəlzələnin vurduğu ziyanı araşdırmaq məqsədilə bütün təhsil müəssisələrində texniki yoxlama aparır", - deyə V.Raci "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, bir müddət əvvəl təbii fəlakət nəticəsində bir sıra tikililərə, o cümlədən tarixi binalara ziyan dəymişdi. Şəhər hökuməti metronu da bağlamışdı, ancaq bir müddət sonra onların hərəkəti bərpa olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/romada-mektebler-baglanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR